TƏMİZLİK

Ətrafınızda və evinizdə görmək istədiyiniz,

lakin böyük enerji tələb edən təmizliyi sizə bəxş edəcəyik.


Alpinist


Gündən–günə artan hündürmərtəbəli, maüsir binalar artıq şəhərimizin simvoluna çevrilib.

Təəssüf ki, küləklər şəhərində daha çox tozlanmaya məruz qalan binalar çirkli görüntüsü ilə öz əzəmətini itirir.

Lakin, tamamilə irihəcmli şüşə pəncərələrlə örtülmüş bu binaların təmizliyi heç də asan başa gələn iş deyil və hər kəsə etibar ediləcək proses də deyil.

Olduqca təhlükəli bu proses üçün fiziki cəhətdən hazırlıqlı və təcrübəli işçi qrupunun olması vacibdir.

Mövcud iş gedişatı üzrə təlim keçmiş 166 Təmizlik Xidməti əməkdaşları sizə alpinist xidmətini təklif edir.

Peşəkar işçi heyətimiz xüsusi vasitələrdən istifadə edərək tez bir zamanda təmizlik işlərini tamamlayaraq binaların əzəmətini bərpa edəcək, həm də pəncərələrin uzunmüddətli təmlizliyini təmin edəcək.

Şəhərin gözəl mənzərəsinə təmiz pəncərədən baxaraq zövq alın!

Xidmətə daxildir:

  • Şüşələrin yuyulması;
  • Şüşələrin dəyişdirilməsi;
  • Şüşə profillərinin vurulması;
  • Fasadların rənglənməsi;
  • Fasad işıqlarının çəkilməsi.

Ev təmizliyi


İş, ailə həyatının bu qədər stresli olduğu bir vaxtda ev təmizliyinə saatlar xərcləmək böyük enerji itikisi ilə yanaşı əsas məsələlərdən də uzaqlaşdırar.

Halbuki, bir zənglə bütün təmizlik işlərini yoluna qoya bilərsiniz.

166 Təmizlik Xidməti olaraq hər evə standart qiymət təklifi etmədən xidmətinizdəyik.

Düşünürük ki, standart qiymət təklif etməklə sizə haqsızlıq etmiş olarıq.

Çünki, iki evin sahəsi, təmizlik dərəcəsi və qiymətə təsir edən digər amilləri eyni olmur.

Bu səbəbdən qiymət təklifimiz xidmətdən əvvəl evinizə baxış keçirilərək müəyyənləşdirilir.

İstəyinizə uyğun xidmət paketi ilə Gündəlik və Əsaslı təmizlik sifariş edə bilərsiniz.

Üstəlik xidmət paketinə istədiyiniz təmizliyi əlavə edə və yaxud çıxara bilərsiniz.

Və bütün işlərin neçə işçi tərəfindən hansı saat və hansı müddətdə tamamlanacağını özünüz seçə bilərsiniz.

Bir sözlə, xidmətimiz və qiymətimiz sizə özəl müəyyənləşdirilir.

Təmizlik qayğısından azad olun, indi sevdiklərinizə zaman ayırmaq və sevdiyiniz işlə məşğul olmaq vaxtıdır!

 

Gündəlik təmizlik xidmətinə daxildir:

  • Otaq, dəhliz və zal təmizliyi;
  • Mətbəx təmizliyi;
  • Hamam otağının təmizliyi;
  • Sanitar qovşaqlarının təmizliyi;
  • Otaq bitkilərinə qulluq.

 

Əsaslı təmizlik xidmətinə daxildir:

  • Tavan və divarların təmizliyi;
  • Məişət texnikasının təmizliyi;
  • Tullantıların atılması;
  • Mebellərin tozunun alınması;
  • Kafel və metlaxların təmizliyi;
  • Mətbəxin təmizliyi;
  • Hamam və tualet təmizliyi;
  • Sanitar qovşaqlarının təmizlənməsi.

Ofis təmizliyi


Təmizlik sadəcə rahatlıq üçün yox eyni zamanda səmərəli işləmək üçün də vacibdir.

Təmiz olmayan, toz və mikrob mənbəyinə çevrilmiş ofisdə zərərli qazların miqdarının çoxalması çalışanların sağlamlığına, onların məhsuldarlığına təsir edir.

Təmizlik qədər təmizlik xərclərinin şirkət büdcəsinə təsiri də önəmli olsa da bu işi əməkdaşların öhdəsinə buraxmaq düzgün seçim deyil.

Çünki, iş stressi, vaxtında çatdırılmalı olan işlər arasında işçilər təmizliyə vaxt ayıra bilmirlər.

Beləliklə, iş üçün tamamilə uyğun olmayan mühit yaranmağa başlayır.

Ofis büdcənizə ciddi təsir etmədən, müxtəlif xidmət paketləri ilə 166 Təmizlik Xidməti sizə uyğun ofislərin təmizlənməsini həyata keçirir.

Peşəkar işçi heyətimiz müəyyənləşdirdiyiniz zaman kəsiyində ofisinizdə təmizliyi bərpa edəcək.

Siz öz işinizlə uğur qazanın, ofisinizi biz təmizləyərik!

Ofis təmizliyi xidmətinə daxildir:

  • Döşəmə örtüyünün müvafiq üsul ilə təmizlənməsi;
  • Əşyaların tozunun alınması;
  • Ofis mebelləri və avadanlıqlarının təmizlənməsi, dezinfeksiya olunması;
  • Qapı-pəncərələrin, güzgülərin və əlavə aksesuarların təmizlənməsi;
  • Mətbəxin təmizlənməsi;
  • Sanitar qovşaqlarının təmizlənməsi və dezinfeksiya olunması.

Mebel təmizliyi


Hər əşya kimi yumşaq mebelləri də təmizləmək mütləqdir.

İllərlə istifadə olunan mebellər təmizlənmədikdə əsl bakteriya yuvası olur, həmçinin illərin çirki onların rəngini soldurur və daha köhnə göstərir.

Texniki cəhətdən öz funkionallığını qoruyan mebellərinizi yenisi ilə əvəzləmək büdcənizə uyğun deyilsə onda büdcənizə uyğun təmizlik təkliflər ilə 166 Təmizlik xidmətinizdədir.

Təmizlənəcək mebellərinizi təhvil verdikdən bir neçə saat sonra “yeni mebelləriniz” istifadənizə verilir.

Sadəcə bir dəqiqəlik zənglə təmizlik vaxtını müəyyənləşdirirsiniz və “köhnə mebellərinizin” “yenisi” ilə əvəzlənməsinə şahid olursunuz.

Xüsusi avadanlıqlar və təmizlik vasitələri ilə yumuşaq mebelləriniz yeni kimi canlı və təmiz olacaq.

Mebel təmizliyi xidmətinə daxildir:

  • Divanların kimyəvi təmizlənməsi;
  • Dəri örtüklü mebellərin kimyəvi təmizlənməsi;
  • Yumşaq stulların kimyəvi təmizlənməsi.

Ərazi təmizliyi


Məkan haqqında ilk təəssüratı onun ətraf mühiti yaradır.

Təəssüf ki, «Özü nə qədər yaxşı olsa da ətrafı pis olan» məkan heç də xoş təsir bağışlamır və insanların uzaqlaşmasına səbəb olur.

Ətrafınızı seçmək artıq gecdirsə onu istədiyiniz kimi «təmizləmək» bizim əlimizdədir.

Fəsil dəyişikliyinə uyğun ərazilərin təmizlənməsi və bitkilərə qulluq üçün ərazi təmizliyi üzrə ixtisaslaşmış işçi heyətimiz xidmətinizdədir.

İstədiyiniz zaman aralığında əməkdaşlarımız müəyyənləşdirdiyiniz təmizlik işlərini həyata keçirərək ərazini istifadəyə yararlı vəziyyətə gətirəcək.

Ərazi təmizliyi xidmətinə daxildir:

  • ərazinin süpürülməsi;
  • yarpaqların təmizlənməsi;
  • qarın təmizlənməsi;
  • zibilin yığılması və atılması;
  • otların biçilməsi;
  • ağacların və güllərin müntəzəm suvarılması.

Xalça-palaz təmizliyi


Evimizdə ən çox çirklənməyə məruz qalan xalçalar olur.

Bir mövsüm istifadə olunan xalçanın əvvəlki vəziyyətindən əsarət qalmır.

Onu təmizləmək isə çox enerji tələb edir.

Onsuzda çətin iş əlverişsiz şəraitdə - kiçik ərazidə, soyuq havada, vaxt məhdudiyəti səbəbindən daha da mürəkkəbləşir.

Çirkli olan xalça və palazlarınızı yumaq üçün yayı gözləməyinizə ehtiyac yoxdur.

Mövsümdən asılı olmadan istədiyiniz zaman xalça və palazlarınızın yuyulması üçün 166 Təmizlik xidmətinizdədir.

Xalçalarınızın əvvəlki kimi təmizliyini və rəng canlılığını qaytarmaq üçün peşəkar işçi heyətimiz xüsusi yuyucu vasitələrdən və avadanlıqlardan istifadə edir.

Xalçalar evinizdən götürülərək yuyulub qurudulur və sizə təhvil verilir.

Həmçinin istəyinizə uyğun olaraq xalça və palazların evinizdə yuyulması da həyata keçirilir.

Təmir sonrası təmizlik


Təmir sonrası təmizlik çətin olan prosesi daha da mürəkkəbləşdirir.

Qapı və pəncələri zədələmədən qoruyucu üzlükləri çıxarmaq, döşəməni cızmadan boya və yapışdırıcı ləkələrini təmizləmək etdiyiniz dəyişikliklərdən zövq almağa belə imkan vermir.

Belə çətin vəziyyətdən sizi 166 Təmizlik Xidməti qurtaracaq!

Peşəkar işçi heyəti və xüsusi təmizlik vasitələri ilə istənilən ölçüdə mənzil və obyektlərin təmir sonrası təmizlik işlərini həyata keçiririk.

Tullantıların atılmasından ən kiçik sənaye ləkələrinin təmizlənməsinə qədər hər bir detal təmizlənərək mənzil və obyektləriniz qısa zamanda istifadənizə verilir.

Xidmətə daxildir:

  • Şüşə və çərçivələrin yuyulması;
  • Kafel və metlaxların təmizlənməsi;
  • Otaqların təmizlənməsi;
  • Sanitar qovşaqlarının təmizlənməsi;
  • Döşəmələrin yuyulması;
  • Qapı və mebellərin təmizlənməsi;
  • Məişət texnikasının təmizlənməsi;
  • Tullantıların atılması.

Bağ evlərinin təmizliyi


Təbiətdən zövq almaq üçün bağ evi əla seçim olsa da baxımsız vəziyyətdəki bağ, hovuz heç də ürəkaçan mənzərə olmur.

Təmizləməyə başlasanız, yəqin, bağ mövsümünün sonuna qurtarasınız.

166 Təmizlik ilin bütün fəsli üçün bağ evinizi sizə hazır vəziyyətə salmaq üçün təmizlik və bağa qulluğu üzərinə götürür.

Sürətli iş rejimi ilə qısa zamanda bağ eviniz təmizlənərək istifadənizə verilir.

Bağ evlərinin təmizliyi xidmətinə daxildir:

  • Həyətin təmizlənməsi;
  • Hovuzun təmizlənməsi;
  • Bitkilərə qulluq və mütəzəm suvarılma;
  • Qarın təmizliyi;
  • Zibillərin yığılması və atılması

DAHA ƏTRAFLI 166