ANBAR XİDMƏTİ

Əşyalarınız evinizdəki qədər təhlükəsiz yerdədir!


Bakı və Gəncə şəhərlərində müxtəlif həcmli yüklərin saxlanması üçün anbar və depolarımız fəaliyyət göstərir.

Anbar və depolarımız istənilən növdə yüklərin, həmçinin mebel və digər əşyaların saxlanması üçün xüsusi havalandırma sistemi ilə təchiz olunub.

Burada əşyalarınız növünə və ölçüsünə görə quruplaşdırılır və qablaşdırılır.

Yüklərin qəbulu zamanı heç bir qarışıqlıq yaranmaması üçün qeydiyyat aparılaraq lazımi texniki sazlaşdırma edilir.

Ən əsası bütün əşyalarınız baş verə biləcək vəziyyətlərə qarşı sığortalanır.

Digər üstünlüyümüz isə istədiyiniz zaman yüklərinizə baxış keçirə və təhlükəsizliyindən əmin ola bilməyiniz üçün 24/7 şəxsi girişin təminatıdır.

Bir sözlə, əşyalarınız yanınızda olduğu qədər təhlükəsiz yerdədir!

Anbar və depolarımızda fərdi olaraq nələri saxlaya bilərsiniz?

  • Böyük həcmli, mövsümə görə istifadə olunan əşyalar;
  • Lazım olar deyə alınan, lakin evin bir hissəsini tutan əşyalar;
  • Mənəvi dəyəri böyük olan amma istifadə olunmayan əşyalar;
  • Təmir zamanı, evinizi icarəyə verdiyiniz zaman başqalarının ziyan verməsini istəmədiyiniz mebel və avadanlıqlar;

Hüquqi şəxs olaraq nələri saxlaya bilərsiniz?

  • Ofisdə çox yer tutan vacib əhəmiyyətli sənəd və arxiv materiallarını;
  • Davamlı olaraq istifadə olmayan, laboratoriya və ofis avadanlıqlarını;
  • Satış məqsədilə bir dəfəyə çox sayda alınan mallar;

 

Untitled-1

en-ucuz-anbar

anbar-xidmeti-anbarlar

 

DAHA ƏTRAFLI 166