YÜK TAKSİSİ


Yüklərin daşınması


Yüklərinizi qablaşdırmadan, yarısı maşının pəncərəsindən çıxacaq şəkildə daşımaq onu atmaq kimidir.

Biz sizə əşyalarınıza və büdcənizə zərər dəymədən sərfəli şərtlərlə yükdaşıma xidmətimizi təklif edirik.

Həmçinin istəyinizə uyğun olaraq sökülmə, paketlənmə və quraşdırılma servislərimizdən də istifadə edə bilərsiniz.

166 Yükdaşıma xidməti sadəcə ev və ofis əşyaları, musiqi alətləri, həssas əşyalar deyil, qida və inşaat materiallarının daşınmasını da həyata keçirir.

Yükünüzün ölkənin və dünyanın istənilən nöqtəsinə nəqli üçün 24/7 xidmətinizdəyik!

Evlərin köçürülməsi


Yeni evə köçmək nə qədər həyəcanverici olsa da, bir o qədər stresli prosesdir.

Əşyaları qablaşdırmaq, yeni evə daşımaq və quraşdırmaq sadəcə vaxtınızı almır həmçinin ağır yükləri daşımaq sağlamlığınızı təhlükəyə atır.

Bununla yanaşı, düzgün qablaşdırılmadıqda mebellər və digər həssas əşyalarınız da ziyan görür.

Bir sözlə, qənaət etmək istədikdə daha çox zərərlə qarşı-qarşıya qalmış olursunuz.

Təbii ki, əşyalarınızı hər kəsə etibar etmək də təhlükəlidir.

Lakin iş prosesimizə şahid olaraq əşyalarınızı tamamilə etibarlı əllərə təslim etdiyinizə əmin olacaqsınız.

Əməkdaşlarımız əşyalarınızı qablaşdırır və daşınma nöqtəsində boşaldılması, quraşdırılmasını həyata keçirir.

Qeyd edək ki, qablaşdırılmış bütün əşyalarınız sığortalanır. Evlərin köçürülməsi ölkənin bütün bölgələrində 24/7 gerçəkləşdirilir.

Ofislərin köçürülməsi


Ev köçürülməsindən fərqli olaraq yeni ofisə daşınmaq daha qarışıq və məsuliyyətli prosesdir.

Hər şöbənin fərqli mebel və avadanlıqlarını, hər işçinin öz əşyalarını bir-birinə qarışdırmadan daşımaq müşkül məsələyə çevrilir.

Üstəlik bahalı ofis avadanlıqlarının təhlükəsiz daşınması üçün bir xeyli səy göstərilməlidir.

Ən əsası isə bütün bunları işləri axsatmadan etmək lazımdır.

Bütün bu məsələlərin yeganə həlli 166 Ofislərin köçürülməsi xidməti ola bilər.

Sürətli köçürülmə ilə ustalarımız mebelləri sökdüyü müddət ərzində fəhlələrimiz əşyaları növünə görə təhlükəsiz şəkildə qablaşdırır və yük taksilərinə yükləyir.

Daşınma nöqtəsində isə yüklər boşaldılır, ustalarımız mebel və avadanlıqları quraşdırır və digər əşyalarınız uyğun şəkildə ofisə yerləşdirilir.

Daşınma prosesini həftənin hər günü, istədiyiniz saatda həyata keçirə bilərsiniz ki, bu da işlərinizin ləngiməsinin qarşısını almış olacaq.

Qeyd edək ki, yükləriniz baş verəcək hər hansı vəziyyətə qarşı sığortalanır.

Ev heyvanlarının daşınması


Əşyalardan fərqli olaraq heyvanlar üçün oksigen daha çox önəm daşıyır.

Daşınacaq heyvanın ölçüsünə uyğun qutu seçilmədikdə heyvanın fiziki xəsarət alması ilə yanaşı havalandırma problemi yaranır.

Heyvansevərlər olaraq sevimli dostlarımızın təhlükəsiz çatdırılması üçün Ev Heyvanlarının Daşınması xidmətimiz fəaliyyət göstərir.

Daşınma bütün bölgələr üzrə həyata keçirilir.

 

 

Qida məhsullarının daşınması


Qida məhsullarını daşıyarkən sanitar qaydalara əməl edilməlidir.

Əks təqdirdə qidalar tez xarab olar və ən əsası sağlamlıq üçün təhlükə mənbəyinə çevrilə bilər.

Digər bir məqam isə meyvə-tərəvəzlərin zədələnməsi ilə bağlıdır.

Zədələnmiş meyvə-tərəvəz tez xarab olur ki, bu da sahibkara daha çox maddi ziyan vurmuş olur.

Təbii ki, düzgün havalandırma və temperatur, vaxtında çatdırılma da vacib məqamlardandır.

Ərzaqların daşınması üçün təchiz olunmuş tempraturu tənzimlənən kuzova malik xüsusi avtomobillərlə 166 Qida Məhsullarının Daşınması xidmətinizdədir.

Daşınmanı istədiyiniz zaman ərzində təhlükəsiz olaraq lazımi ünvana çatdırırıq.

DAHA ƏTRAFLI 166