Karyera


 Biz bu qədər çox işi yalnız komandamız sayəsində əldə edə bilirik. İşçi qəbulu zamanı seçim prosesinin çətin olması bizə ən yaxşı namizədlərlə işləməyə imkan verir. Davamlı olaraq təlim keçdiyimiz və səhvlərindən öyrənən komandamız hər ötən gün sizə daha yaxşı xidmət göstərmək üçün inkişaf edir. “Hər şey daxildən başlayır” prinsipinə əsaslanaraq başa düşürük ki, ən yaxşı müştəri məmnuniyyətinə yalnız komandamız sayəsində nail ola bilərik.

Komandamıza qatılmaq üçün CV-nizi elektron ünvanımıza göndərin:

cv@166.az

 


Logistik xidmətlər üzrə Azərbaycanda öndə gedən şirkətlərdən biri olan, operativ, yüksək keyfiyyətdə xidmətlər göstərərək daim yüksək müştəri məmnuniyyətini təmin edən, peşəkar, inkişafa meylli işçi qüvvəsinə sahib olan 166 Yükdaşıma və Logistika şirkəti aşağıdakı vakansiyaları elan edir:

 

Untitled-2dfs

 

 

 

Call Center Operator

Öhdəliklər:

  • Müştəri zənglərinin cavablandırılması və şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması;
  • Sifarişin formalaşdırılması və müvafiq bölümlərə yönləndirilməsi;
  • Əməliyyatların ERP proqrama işlənməsi;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi.

Tələblər:

  • Səlis danışıq qabiliyyəti;
  • Rus dili üzrə biliklər (İngilis dili arzuolunandır);
  • Ms Office üzrə biliklər;
  • Öyrənməyə meylli və yeniliyə açıq;
  • Komanda ilə işləmək bacarığı.

 

DAHA ƏTRAFLI 166