elgun
ede
rfr 17 Fevral 2020

Əşya depolama xidmətinə nə zaman ehtiyac duyulacağı heç vaxt bəlli olmaz. Ehtiyacınız olduğu halda isə, alacağınız xidmətlə bağlı bir neçə məsələyə diqqət edərək ola biləcək hər hansı çətinliyin qarşısını ala bilərsiniz.

 

Yeni bir mənzilə, ofisə və s. köçürsünüz və bəzi əşyalarınızın bu köçəcəyiniz yerə yerləşməyəcəyini anladınız və ya hələ də tam hazır deyil deyə əşyalarınızı müəyyən müddət ərzində saxlamağa yer lazımdır. Bu kimi hallarda ediləcək şey çox açıqdır: əşyalarınızı müəyyən müddət ərzində kirayə anbarda saxlamaq. 

 

Ehtiyacınız hansı səbəbdən olsa da, anbar xidməti almazdan əvvəl diqqətli olmalı olduğunuz bəzi məqamlar vardır. 

 

Depo xidmətinə həqiqətən ehtiyacınız varmı?


Heç şübhəsiz kirayə anbar maliyyəti olan bir işdir. Buna görə də, əşyalarınızın qiymətini, gələcəkdəki dəyəri, həqiqətən ehtiyacınızın olduğunu aydınlaşdırdıqdan sonra bu depo xidmətini almağa qərar verin. Beləliklə, dəqiq olaraq nə qədər yerə ehtiyacınız olduğunuzu bilərək, xərclərinizi azalda bilərsiniz. 

 

Etibarlı bir şirkətdən xidmət alın.


Hazırda bir çox nəqliyyat firması uzun və qısa müddətli bu xidməti müştərilərə təklif edir. Alacağınız ən başlanğıc xidmətlər əşyaların yoxlanılaraq təhvil alınması, daşınması, yerləşdirilməsi, təsnif olunmasıdır. Bununla yanaşı, əşyalarınızın sağlam şəkildə saxlanılması və istənilən vaxt yenidən əldə etməyiniz də vacibdir. 

 

166 sizin bütün suallarınızı cavablamaqla yanaşı, vəd olunan bütün xidmətləri rəsmi şəkildə sizə təqdim edəcək və sığorta seçimləri ilə bağlı ətraflı məlumat verəcəkdir.

 

Anbar xidməti aşağıdakı şərtləri özündə birləşdirir:


  • Şirkətin və ya şəxsin əlaqə məlumatları,
  • Əşyaların təslim alınması və depoloma protokolu,
  • Ödəmə və hesablaşma məlumatları (ödəmənin hansı şəkildə olması),
  • Əlavə xidmətlərə görə ödənişlər,
  • Anbar kirayə maliyyəti,
  • Sığorta şərtləri,
  • Müqavilənin ləğv edilmə şərtləri.