elgun

Tez-tez verilən suallar

SUALINIZ VAR?
Təmizlik vasitələri şirkət tərəfindən təmin olunur?

Bəli, təmizlik üçün tələb olunan bütün vasitələr şirkətimiz tərəfindən təmin olunur.

Hansı təmizlik vasitələrindən istifadə edirsiniz?

Təmizlik zamanı Almaniyadan gətirilmiş antiallergik təmizləyici maddələrdən istifadə olunur.

Təmizlik üçün gələn əməkdaşlar yalnız xanımlardan ibarətdir?

Bəli, bütün təmizlik əməkdaşlarımız xanımlardır.

Təmizlik sifarişi zamanı neçə əməkdaş göndərilir?

Sifarişinizdən asılı olaraq 3-5 əməkdaşdan ibarət təmizlik qrupları göndərilir. Yalnız 50 kvadrat metrə qədər ərazinin təmizliyi üçün 1 əməkdaş göndərilir.

4 saatlıq paketdə neçə nəfər göndərilir?

4 Saatlıq təmizlik xidmətində 1 nəfər əməkdaş göndərilir.

Təmizlik sifarişi zamanı əməkdaşların naharı kim tərəfindən qarşılanır?

Sifariş zamanı nahar şirkət tərəfindən qarşılanır.

Təmizlik sifarişi zamanı əməkdaşların yol xərci üçün əlavə ödəniş etməliyəm?

Əməkdaşlarımız sifariş məntəqəsinə şirkət servisi ilə gəlir və sizin bunun üçün əlavə ödəniş etməyinizə ehtiyac yoxdur.

Fasilə varmı?

Bəli sifariş zamanı saat 13:00-14:00 əməkdaşların nahar fasiləsidir.

Əməkdaşların iş saatı bitsə belə işi tamamlamaq üçün qalırlarmı?

Xeyr, əməkdaşlarımızın iş saatı saat 19.00-da bitir. Sifariş qəbul olunarkən sizə bununla bağlı məlumat verilir.

Saatlıq paketdə iş tamamlanmasa, təmizlik növbəti gün davam edir?

Xeyr, saatlıq təmizlik paketi göstərilən saata görə xidmət göstərilir. Qeyd etməliyik ki, əməkdaşlarımızın iş saatı 19:00-da bitir. İş saatı bitdikdə əməkdaşlarımız təmizlik məntəqəsini tərk edir.

Təmizlik zamanı istifadə etdiyiniz yuyucu vasitələriniz satılır?

Xeyr, istifadə etdiyimiz vasitələr yalnız xidmət üçün nəzərdə tutulub.

Mebellərin kimyəvi təmizliyi zamanı yerində təmizlənir yoxsa aparılır?

Kimyəvi təmizləmə zamanı yumşaq mebellər (divan, kreslo, stullar) yerində yuyulur. Pərdələr və jaluz isə sökülür, yuyulduqdan sonra geri gətirilir.

Pərdə təmizliyi zamanı pərdəni söküb, yenidən asmaq və servis üçün əlavə ödəniş alınırmı?

Xeyr, hər şey ödənişə daxildir və pərdə asmaq üçün plastik ilgəklər tərəfimizdən təmin edilir.

Həftənin hər günü işləyirsiniz?

Həftənin hər günü saat 9:00-19:00-a qədər fəaliyyət göstəririk.

Pəncərə təmizliyi standard ölçü nə qədər hesab olunur?

2-2.3 kv metr stantard ölçü hesab olunur.

Daimi müştərilərə endirim tətbiq edilirmi?

Bəli, bu barədə təmizlik menecerlərimizdən ətraflı məlumat əldə edə bilərsiniz.

Rayonlara sifariş qəbul olunur?

Bəli, qəbul olunur.

Yun yorğan-döşək təmizliyi xidməti var?

Xeyr, təəssüf ki, yoxdur.

Səbət təmizliyi zamanı maksimum hansı yüksəklikdə aparıla bilər?

Səbətin bağlı olduğu kranın yaxınlıq dərəcəsindən asılı olaraq 65 metrə qədər yüksəkliyi təmizləyə bilirik.

Bilbord və reklam lövhələrinin təmizliyi var?

Bəli, var.

Mebellərin sökülüb quraşdırılması üçün sifariş zamanı neçə nəfər usta göndərilir?

Standard mebellər üçün 1 usta göndərilir. Əgər lazım olarsa, 2-ci usta göndərilir.

Kombi təmiri yerində edilir?

Təmirin xüsusiyyətindən asılı olaraq həm yerində həm də ofisimizdə təmir edə bilərik.

Sifariş təsdiqlənməsə, baxış zamanı əlavə ödəniş alınır?

Bəli, müştəri yol xərcini ödəməlidir.

Rayonlarda usta xidməti var?

Bəli, ustalarımız Bakıdan respublikanın istənilən nöqtəsinə sifariş qəbul edir.

Daimi müştərilərə endirim var?

Bəli, var. Bu barədə menecerlərdən ətraflı məlumat əldə edə bilərsiniz.

İş saatlarınız necədir?

Bayram günləri də daxil olmaqla həftənin 7 günü 24 saat xidmət göstəririk.

Kombinin problemi necə müəyyən edilir?

Kombi ilə bağlı problem yerində baxış zamanı təyin edilir və müştəriyə problemlə bağlı məlumat verilir.

Təmir zamanı dəyişilən hissələrin ödənişi xidmətə daxildir?

Xeyr, bu hissələr müştəri tərəfindən təmin olunmalıdır.

Təmir işi tamamlanmadığı təqdirdə xidmət növbəti gün davam etdirilir?

Bəli, işin davamı əlavə ödənişsiz növbəti gün edilir.

Yarımçıq qalan işdə ödəniş necə edilir?

Yarımçıq qalan işdə işin ilk gün görülən hissəsinin pulu ödənilməlidir.

Təmir üçün istifadə olunan vasitələr sizin tərəfinizdən gətirilir?

Bəli, təmir üçün lazım olunan vasitələr (dəyişilən hissələr istisna olmaqla) bizim tərəfimizdən təmin edilir.

Kombi sökülüb ofisə gətirilərsə, servis haqqı alınır?

Xeyr, servis xidmətə daxildir.

Kondisionerin yüksək ərazidən sökülməsi üçün səbət lazımdır. Bu zaman əlavə ödəniş olunur?

Bəli, səbət xidməti üçün əlavə ödəniş edilməlidir.

Kondisionerin sokülməsi zamanı kondisionerin içindəki qaz saxlanır?

Bəli, saxlanılır və bunun üçün əlavə ödəniş alınmır. Ancaq quraşdırma zamanı müştərinin istəyi ilə kondisionerə əlavə qaz vurma üçün xidmət haqqı alınır.

Sifariş zamanı müştəri tərəfindən avadanlığa dəymiş ziyan kim tərəfindən ödənilir?

Bu ziyan müştəri tərəfindən ödənilməlidir.

Kondisioner quraşdırılması zamanı quraşdırma üçün tələb olunan əlavə mis boru kim tərəfindən alınır?

Sökülmə zamanı olmayan və quraşdırılma zamanı tələb olunan əlavə mis boru müştəri tərəfindən alınır.

Kargo mebel quraşdırılması var?

Bəli xaricdən gələn mebellərin quraşdırılması xidmətimiz var.

Çilingər, malyar, sıfırdan ev təmiri xidmətiniz var?

Xeyr, sadəcə müəyyən hissələr təmir edilir.

Qapı kilidlərinin dəyişdirilməsi xidməti var?

Bəli, açıq qapılar üçün kilidlər dəyişdirilir, ancaq bağlı qapıların açılması xidmətimiz yoxdur.

Peyk antena quraşdırılması zamanı kanalların yığılması xidməti var?

Xeyr, krosno sökülmə-quraşdırma xidmətimiz var ancaq kanalların yığılması yoxdur.

Sanitar qovşaqların təmiri ustası var?

Xeyr, sanitar qovşaqların təmiri yoxdur.

Paketlənməyən mebellərə daşınma zamanı zəmanət verilir?

Xeyr, paketlənməmiş mebellərə daşınma zamanı zəmanət verilmir.

Yüngül yükdaşımada ödəniş nə qədərdir?

Doblo maşınları ilə şəhər daxili 5 km-ə qədər daşımalar 6 AZN-dir.

Yükdaşıma xidməti üçün iş saatlarınız necədir?

Bayram günləri də daxil olmaqla həftənin 7 günü 24 saat xidmət göstəririk.

Yükdaşıma xidməti zamanı 3-cü ünvan əlavə xidmət kimi hesablanır?

Bəli, 3-cü ünvan əlavə xidmət kimi hesablanır. (Yolüstü qiymət kimi)

Yükdaşıma zamanı binada liftin olmaması qiymətə təsir göstərir?

Bəli, binada liftin olub-olmaması və yükün daşınacağı mənzilin yerləşdiyi mərtəbə qiymətə təsir göstərir.

Yataq dəstinin daşınmasına uşaq beşiyi daxildir?

Xeyr, uşaq beşiyi sonradan alındığı üçün qiymətə daxil deyil.

Qiymət nəyə əsasən təyin edilir?

Qiymət məsafəyə, yükün miqdarına, əlavə xidmətlərin olmasına və xidmətlərin xüsusiyyətinə görə dəyişir.

Yükdaşıma zamanı sürücünün yanında neçə nəfər əyləşə bilər?

Böyük maşınlarda 2 nəfər, doblolarda 1 nəfərlik yer var. (İşçi qüvvəsi yoxdursa, yaxın məsafəli rayonlara müştəri də yükmaşınında gedə bilər)

Rayona gedəndə sürücünün və fəhlənin qalma xərci kim tərəfindən ödənilir?

Bu tip xərclər şirkət tərəfindən ödənilir.

Tullantı üçün maşın var?

Bəli var. Sifariş zamanı tullantılar kisələrdə olmalıdır. Tullantılar dövlətin ayırdığı xüsusi yerlərə boşaldılır.

Liftli maşınlarınız var?

Bəli, var.

Rokler (araba) var?

Bəli, var.

Doblo maşınlarının ölçüləri nə qədərdir?

-----

Ağır restoran avadanlıqlarının daşınması var?

Bəli, 3 ton, 5 ton və 16 ton və daha artıq yükün daşınması mümkündür.

Pəncərədən ağır yüklər keçirilir?

Bəli kran maşını ilə mümkündür

Xüsusi xidmətlər üçün maşınınız var?

Bəli, cənazə üçün maşınımız var.

Kiçik heyvan daşıması var?

Bəli, var.

Qida məhsulları üçün soyuduculu maşınlar qida saxlanması mümkündür?

Xeyr, bu maşınlar sadəcə daşıma üçün nəzərdə tutulub.

Gürcüstana daşıma var?

Bəli var. Daşıma üçün lazım olan sənədlərin ödənişi İpekyolu, Abşeron Logistika Terminalında müştəri, İçərişəhər, Sədərək, Beynəlxalq Avtovağzal, Hava Kargo Terminalında şirkət tərəfindən ödənilir.

Sifariş zamanı neçə işçi qüvvəsi göndərilir?

Yükdaşıma sifarişi zamanı minimum 2 nəfər, yüngül yükdaşıma zamanı 1 nəfər işçi qüvvəsi göndərilə bilər.

Pianino daşınması zamanı neçə nəfər işçi qüvvəsi göndərilir?

Pianino daşınması üçün 4 nəfər olmalıdır.

Royal daşıması var?

Bəli, royal pianonuz tam zəmanətlə daşınır.

Yüklər böyük olduqda çölə çıxıntı ilə daşıma həyata keçirilə bilər?

Вəli, yüklər kənar nəqliyyat vasitərinə təhlükə törətməyəcəyi və yol-nəqliyyat qayda pozuntusuna yol verməyəcək şəkildə daşınır.

Naxçıvana daşıma var?

Bəli, var.

Taxta daşıması zamanı ödəniş necə hesablanır?

Bu zaman məbləğ yükün kub metri ilə hesablanır.

Soyuducu daşınması necə həyata keçirilir?

Soyuducular dik formada daşınır. Ancaq müştərinin tələbi ilə uzanmış vəziyyətdə də aparıla bilər. Digər sənayə tipli soyuducularda yük maşını çəkiyə görə təyin edilir.

Seyf daşıması var?

Bəli, var. Seyflər sadəcə boş daşınır.

Paltar daşıması zamanı ödəniş nəyə əsasən hesablanır?

Paltarların yığıldığı qutuların sayına görə hesablanır.

Tentli maşınlar ilə mebel daşınması mümkündür?

Yük maşının kənarları möhkəm olmadığı üçün mebellər bağlana bilmir. Bu səbəbdən daşınmanın həyata keçirilməsi mümkün deyil.

Yol üstü qiymətlərlə normal qiymətlər eyni hesablanır?

Xeyr, yolüstü qiymətlər daha az olur.

Yükə uyğun qutular hazırlanır?

Bəli, beynəlxalq daşımalar zamanı istənilən ölçüdə taxta qutular hazırlanır.

Sənədlərin qablaşdırılıb daşınması xidməti var?

Bəli, var.

Yükdaşıma xidmətiniz bütün respublikada fəaliyyət göstərir?

Naxçıvan MR və işğal olunmuş torpaqlarımız istisna olmaqla, respublikamızın istənilən nöqtəsində fəaliyyət göstəririk.

Sifariş yerinə neçə dəqiqə ərzində çatırsınız?

Abseron yarımadasında 15 dəqiqə, ölkə ərazisində 30-40 dəqiqə ərzində sifariş yerində oluruq.

Kran, manipulyator var?

Bəli, ancaq Abşeron yarımadasında daimi fəaliyyət göstərir. Sifariş zamanı digər ağır tonnajlı texnikalarda olduğu kimi rayonlara yönləndirilir.

Evakuasiya prosesi zamanı A nöqtəsindən B nöqtəsinə daşıma əlavə C nöqtəsindən keçərsə bu əlavə xidmət kimi hesablanır?

Bəli, əlavə xidmət kimi qeyd edilir.

Daşıma zamanı yükün yüklənməsinə və boşaldılması vaxtına görə ödəniş alınırmı?

Daşıma zamanı 30 dəqiqə yükləmə, 30 dəqiqə boşaltma üçün vaxt verilir. Ondan sonra ödəniş hər saat üçün 10 azn nəzərdə tutulur.

Unibank bonusunu necə işlədə bilərəm?

Sadəcə kodu qaynar xətt əməkdaşımıza bildirin və endirimdən faydalanın.

Bakcell abunəçiləri üçün "Ulduzum" endirimi var?

Bəli, sifariş zamanı "Ulduzum" kodu ilə10% endirim əldə edirsiniz.

Onlayn ödəniş var?

Onlayn ödəniş istənilən kartla həyata keçirilir. Hissə-hissə ödəniş sadəcə Birkart və Bolkart ilə mümkündür.

Boş qutuların qiyməti nə qədərdir?

Kiçik 2 manat, orta 3, böyük qutular isə 6 manatdır.

Anbarda qida saxlanması mümkündür?

Xeyr, anbarda tez xarab olan maddələr, dərman və qida məhsulları saxlanılmır.

Yük saxlanması üçün konteynerlər var?

Bəli, var.

Evakuasiya xidməti zamanı daimi müştərilərə xüsusi qiymət təklifi var?

Bəli, var. Bu barədə sifariş zamanı qaynar xətt əməkdaşlarımızdan məlumat əldə edə bilərsiniz.

Vahid ərazi daxilində xidmət haqqı minimum nə qədərdir?

Qiymət sedan avtomobilləri üçün 15 AZN-dən başlayır.

Ödəniş nəyə əsasən hesablanır?

Bakı şəhərində zonalara görə, bölgələrdə isə km əsasən hesablanır. Nəzərinizə çatdıraq ki, xidmət haqqı 100 km-dən sonra hər km üçün 70 qəpik olur.

Daşıma zamanı əlavə işçi qüvvəsi üçün xidmət haqqı hesablanır?

Bəli, hesablanır və minimum 2 nəfər işçi qüvvəsi olmalıdır.

Evakuasiya maşını sifariş yerinə çatdıqdan sonra sifariş ləğv olunarsa, ödəniş olunur?

Sifariş yerinə çatdıqdan sonra sifariş ləğv olunarsa, müştəri sürücünün yanacaq haqqını ödəməlidir.

Evakuasiya xidməti üçün iş saatlarınız necədir?

Bayram günləri də daxil olmaqla həftənin 7 günü 24 saat xidmət göstəririk.

Axsam saatlarında xidmət üçün qiymət eynidir?

Bəli, eyni tarif əsasında hesablanır.

Rayonlara sifariş zamanı sürücünün yanında neçə nəfər gedə bilər?

Sifariş zamanı evakuasiya maşında sürücünün yanında 2 nəfər sərnişin əyləşə bilər.

Evakuasiya zamanı daşınan maşının içində getməyə icazə var?

Xeyr, yoxdur. Bu yol hərəkəti haqqında qaydanı pozur.

Gürcüstana daşıma var?

Bəli, var. Avtomobilin sənədləri qaydasında olmalıdır. Serhedkeçmə, sığorta xərcləri şirkət tərəfində ödənilir. Digər xərclər müştəriyə aid olur. Sərhəd keçmə zamanı avtomobil sahibi avtomobilin yanında olmalıdır.