1 Oktyabr 2020

“Qarabağa doğru” layihəsi çərçivəsində əsgərlərimizə pay göndərmək istəyən hər kəs Kontakt Home mağazalarına yaxınlaşıb yararlı ola biləcək əşyaları (açıq yemək istina olmaqla) təhvil verə bilər. Göndərilən hər bir əşya və ya qutu “166 Yükdaşıma və Logistika” şirkəti tərəfindən cəbhəyə tam təmənnasız şəkildə çatdırılacaq. 

 

Artıq bir neçə həftədir ki, “166 Yükdaşıma və Logistika” şirkəti cəbhəyə, eyni zamanda cəbhəyanı bölgələrdə düşmən hücumu nəticəsində zərər çəkmiş ailələrə fərdi şəxslərin və şirkətlərin dəstəyini çatdırır. Yığılmış əşyalar cəbhəyanı bölgələrdə Müdafiə Nazirliyinin nümayəndələrinə təhvil verilir. Layihə çərçivəsində bu günə qədər 80 tondan artıq əşya cəbhəyə çatdırılıb.

 

Xatırladaq ki, Kontakt Home və “166 Yükdaşıma və Logistika” şirkəti Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdə davam edir.