10 Dekabr 2020

Belə ki, 350-dən çox fərdi şəxs, 37 şirkət, təhsil müəssisələri və digər qurumların dəstəyilə Füzuli, Ağdam, Tərtər, Goranboy, Bərdə və Beyləqan istiqamətlərinə yardımlar çatdırıldı. Bundan əlavə, şirkət hərbi təyinatlı texnika və yüklərin də daşınmasında dəstəyini əsirgəməyib.

 

“Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuzun şücaəti, əzmkarlığı və qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyan  tarixi qələbəni qazandıq. Bu münasibətlə bütün Xalqımızı təbrik edir və şəhidlərimizin ruhu qarşısında baş əyirik! “Qarabağa doğru” layihəsini həyata keçirmək üçün birlik nümayiş etdirərək iştirak edən hər bir şəxsə öz təşəkkürümüzü bildirir və layihənin icrasından qürur duyuruq.” – şirkətdən bildirildi.