30 Dekabr 2021

Son illərdə diqqətçəkən yeniliklərə imza atan “166 Yükdaşıma və Logistika” şirkəti növbəti “Logistika akademiyası” təcrübə proqramının yekun tədbirini həyata keçirdi.

Tədbirdə ölkənin aparıcı universitetlərinin rəhbərliyi, eyni zamanda xüsusi qonaqlar iştirak etdi. 

Üç ildir davam edən təcrübə proqramına bu il də ölkənin bir sıra universitətlərinin dördüncü kurs tələbələri, məzunları və magistr pilləsində təhsil alan tələbələr qatılıblar.

İştirakçılar 3 ay müddətində şirkətin müxtəlif departamentlərində praktiki, eyni zamanda nəzəri bilik və bacarıqlar əldə ediblər. 

Proqramı uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunub. Həmçinin, vakant yerlərin sayına uyğun olaraq gənc kadrlar “166 Yükdaşıma və Logistika” şirkətində işlə təmin ediliblər. 

2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” təcrübə proqramına ümumilikdə 4200-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 153 nəfər Akademiyaya qəbul olunub və onların əksəriyyəti hal-hazırda “166 Yükdaşıma və Logistika” şirkətində müxtəlif departamentlərdə çalışırlar.

2022-ci il üçün də nəzərdə tutulan “166 Logistika Akademiyası” təcrübə proqramı haqqında ətraflı məlumat, növbəti aylarda kütləvi informasiya vasitələrində və  hr.166.az saytında yerləşdiriləcək.


1


2


3


4


5