Məshullarınız və əşyalarınız təhlükəsiz yerdədir!


Bakı və Gəncə şəhərlərində müxtəlif həcmli yüklərin saxlanması üçün anbar və depolarımız fəaliyyət göstərir.

Anbar və depolarımız istənilən növdə yüklərin, həmçinin mebel və digər əşyaların saxlanılması üçün xüsusi havalandırma sistemi ilə təchiz olunub.

Burada əşyalarınız növünə və ölçüsünə görə qruplaşdırılır və qablaşdırılır.

Yüklərin qəbulu zamanı heç bir qarışıqlıq yaranmaması üçün qeydiyyat aparılaraq lazımi texniki sazlaşdırma edilir.

Ən əsası bütün əşyalarınız və məhsullarınız baş verə biləcək vəziyyətlərə qarşı sığortalanır.

Digər üstünlüyümüz isə istədiyiniz zaman yüklərinizə baxış keçirə və təhlükəsizliyindən əmin ola bilməyiniz üçün 24/7 şəxsi girişin təminatıdır.

Bir sözlə, məhsullarınız və əşyalarınız yanınızda olduğu qədər təhlükəsiz yerdədir! 

Anbar və depolarımızda fərdi olaraq nələri saxlaya bilərsiniz?

  • Böyük həcmli, mövsümə görə istifadə olunan əşyalar;
  • Evin böyük hissəsini tutan əşyalar;
  • Mənəvi dəyəri böyük olan amma istifadə olunmayan əşyalar;
  • Təmir zamanı, evinizi icarəyə verdiyiniz zaman başqalarının ziyan verməsini istəmədiyiniz mebel və avadanlıqlar;

Hüquqi şəxs olaraq nələri saxlaya bilərsiniz?

  • Ofisdə çox yer tutan vacib əhəmiyyətli sənəd və arxiv materiallarını;
  • Davamlı olaraq istifadə olmayan, laboratoriya və ofis avadanlıqlarını;
  • Satış məqsədilə bir dəfəyə çox sayda alınan mallar;

Kampaniyalar

24/7 Mühafizə xidməti

Daimi havalandırma

Qablaşdırma

Kateqoriyalaşdırma

Müxtəlif növ yüklərin saxlanması