elgun
ede
rfr 17 февраль 2020

 

Evinizi, ofisinizi, şirkətinizi və s. daşıyarkən etməli olduqlarınızı addım addım izah edirik.

 

Bu qaydalara riayət edərək siz heç bir itki və zərər olmadan daşıdığınız nöqtəyə vaxtında çatmasını təmin edə bilərsiniz.

 

Texnologiyanın inkişafı sayəsində yükdaşıma zamanı demək olar ki, bütün risklər sıfıra endirilib. Əvvəllər daşıma üçün dost-tanışdan kömək alırdıqsa, artıq bunun üçün yük taksisi firmaları fəaliyyət göstərir. 166 professional daşıma sistemi ilə bütün növ daşımalar üçün xidmətinizdə hazırdır. 

 

Daşıma əsnasında etməli olduğunuz maddələri bir bir yerinə yetirərək, uğurlu şəkildə bu prosesi tamamlaya bilərsiniz. Bunlar aşağıdakılardır:

 


  1. İlk öncə yükdaşıma şirkətinə evinizin vəziyyəti(mərtəbə, lift, və s.), daşınacaq yük, məsafə haqqında məlumat verin və qiymət tələb edin.
  2. Daşınmadan bir neçə həftə əvvəl əşyalarınızın siyahısını hazırlayın. Bu siyahı sayəsində daha planlı şəkildə hərəkət edə biləcəksiniz. Siyahıdakı əşyalarla şirkətə verdiyiniz siyahının eyni olduğunu dəqiqləşdirin. Əks halda şirkət itən əşyalarla bağlı məsuliyyət daşımayacaq.
  3. Qırıla bilən əşyalar üçün karton paketlərdən istifadə edin və onları yaxşı paketlədikdən sonra üzərinə “Qırıla bilən əşya” və ya “Həssas” yazaraq işarələyin. Beləliklə, yükü daşıyan işçilər daha diqqətli olub, əşyalarınızın zərər almağının qarşısını ala  bilərlər. 
  4. Soyuducu, paltaryuyan və bu kimi elektronik əşyaların paketlənməsini yükdaşıma əməkdaşlarına əmanət edin. 
  5. Daşınma bitdikdən sonra siyahıda olan əşyalarla təhvil verilənləri qarşılaşdırıb hər birinin qaydasında olduğuna əmin olun. Əgər itən bir əşyanız varsa, bununla bağlı dərhal əməkdaşlıq etdiyiniz şirkətinə müraciət edin.